Bakı. Trend:
2025-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət həcmi illik müqayisədə 14,4% azalaraq 380,06 milyard dollar təşkil edib.
Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Statistikaya əsasən, hesabat dövründə Çindən ABŞ-yə ixrac 15,5% azalaraq 282,95 milyard dollara, ABŞ-dən Çinə idxal isə 11% azalaraq 97,11 milyard dollara düşüb.
Bunun nəticəsində, Çin ABŞ ilə ticarətdə müsbət saldosunu ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% azaldaraq 185,84 milyard dollar həcmində formalaşdırıb.