...

Azərbaycandan İrana turist axını ciddi şəkildə azalıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 09:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbacyandan İrana turist axını 1,8 milyon nəfər azalıb.

Trend-in məlumatına görə, bunu İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirinin müavini Ənuşirvan Möhseni Bəndpey yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, İranda bir Azərbaycan vətəndaşı ilə əlaqədar baş verən hadisə nəticəsində azalıb.

Möhseni Bəndpey bildirib ki, halbuki koronavirus pandemiyasından öncə 20 mart 2019 -20 mart 2020 aralığında İrana səfər edən əcnəbi turistlərin sayı 9,8 milyon nəfər təşkil edib.

Nazir müavini qeyd edib ki, bütün bu rəqəmlər ölkədə davamlı təhlükəsizliyin olmaması və mənfi imic turizm sektoruna birbaşa mənfi təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti