...

Azərbaycan ət idxalını azaldıb, ixracını isə artırıb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 10:25 (UTC +04:00)
Azərbaycan ət idxalını azaldıb, ixracını isə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25,2 min ton ət idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin idxalına 55,1 milyon ABŞ dolları vəsait xərclənib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 5,5 min ton və ya 18%, dəyər ifadəsi ilə isə 13,4 milyon ABŞ dolları, yaxud da 19,6% azalıb.

Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,40% paya sahib olub.

Eyni zamanda cari ilin ilk 7 ayında Azərbaycandan 773 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 430 min ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd, 1415,7 milyon ədəd yumurta, 13,7 min ton yun, 186,6 ton barama istehsal olunub. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,2%, ət istehsalı 1,2%, süd istehsalı 0,3 % artıb, yun istehsalı 3%, barama istehsalı 22,1% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti