Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən
mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu"
metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə
olunur.