Bakı.Trend:
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına
qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş
Kənan Həsənov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ondan 1 kiloqramdan artıq yüksək təsiredici
xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq
niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis
əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
mübarizə fasiləsiz olaraq davam etdirilir.