...

SOCAR Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir (ÖZƏL)

Energetika Materials 8 Sentyabr 2025 09:34 (UTC +04:00)
SOCAR Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirləti (SOCAR)Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir.

Bunu Trend-ə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov bildirib.

“Biz Şimali Makedoniyaya qaz tədarükünə başlamışıq. Bu ölkə üçün hibrid qazlaşdırma layihəsini nəzərdən keçiririk. Bolqarıstan ərazisindən sıxılmış qazın Şimali Makedoniyaya daşınaraq, ilk növbədə bəzi sosial obyektlərin qazlaşdırılması üçün istifadə olunması imkanı mövcuddur. Ümumi götürdükdə, Balkanlarda fəaliyyətimizin sosial yönümlülüyü kifayət qədər güclüdür. Buna görə Bolqarıstanın təcrübəsindən yararlana və avtomobil nəqliyyatı vasitəsilə sıxılmış qazı Bolqarıstandan Şimali Makedoniyaya sosial müştərilər üçün – tibb müəssisələri, təhsil ocaqları və s. üçün tədarük edə biləcəyimizi güman edirik”,-deyə o bildirib.

SOCAR Balkan-ın rəhbəri qeyd edib ki, şirkət bu ölkənin enerji təhlükəsizliyi məsələlərini necə həll etmək istədiyini araşdırır.

Yəni onlar qaz mənbələrinin şaxələndirilməsi istiqamətində səylər göstərirlər. Azərbaycan isə Şimali Makedoniya üçün çox etibarlı tərəfdaşdır. Biz bunu həmin ölkəyə qaz tədarükünə başladığımız zaman nümayiş etdirdik. Ümumilikdə isə düşünürəm ki, Şimali Makedoniyada hibrid qazlaşdırma layihəsini gerçəkləşdirmək və eyni zamanda bu ölkənin bazarına qaz tədarükünü davam etdirmək imkanımız olacaq”, -deyə M. Heydərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti