Bakı. Trend:
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.