...

Almaniya Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyir

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 15:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Birləşmiş Ştatların Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini alqışlayır.

Trend xəbər verir ki, belə bir bəyanatla Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius çıxış edib.

Sentyabrın 7-də ABŞ-nin prezidenti Donald Tramp Ağ Evdə Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlamağa hazır olduğunu elan etmişdi.

“Almaniya Federativ Respublikası artıq bir neçə həftə və aydır ki, Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çalışır və Birləşmiş Ştatların bu mövqeyə qoşulmasını alqışlayardı. Bizim hamımıza məlumdur ki, Rusiyaya qarşı təzyiqlərin artırılmasının açarı ABŞ-nin əlindədir.

“Son həftə və aylardakı debatlar da, əslində, Qərb alyansında Rusiyaya qarşı vahid sanksiya mövqeyinin formalaşdırılması ətrafında cərəyan edir”, - deyə Kornelius bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti