Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına müsahibə verib.
Trend-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.
E.Əmirbəyov bildirib ki, dünya geosiyasi tarazlıqların yenidən qurulması prosesini yaşayır:
“Amma geriyə dönüşü mümkün olmayan parçalanma haqqında danışmaq hələ tez olardı. İqtisadi qarşılıqlı asılılıq və iqlim, sağlamlıq və təhlükəsizlik kimi qlobal çağırışlar bizə xatırladır ki, əməkdaşlıq nəinki mümkün, həm də qaçılmaz olaraq qalır. Qarşıdurma məntiqini qidalandırmaqdansa, hər bir aktorun legitim maraqlarına hörmətlə yanaşan inklüziv multilateralizmi təşviq etmək vacibdir. Müstəqil, balanslı və dialoqa açıq bir ölkə olaraq Azərbaycan yaxınlaşma səylərinə töhfə verməyə hazırdır”, - deyə o qeyd edib.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.