...

Çoxtərəfliliyi və qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq – Elçin Əmirbəyov

Siyasət Materials 8 Sentyabr 2025 14:39 (UTC +04:00)
Çoxtərəfliliyi və qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq – Elçin Əmirbəyov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına müsahibə verib.

Trend-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.

E.Əmirbəyov jurnalistin “Dünya getdikcə daha çox çalxalanır. Üçüncü dünya müharibəsinin astanasında olduğumuzdan qorxmursunuzmu?” sualını belə cavablandırıb:

“Narahatlığınız başa düşüləndir və çoxları da eyni qorxunu yaşayır. Doğrudur ki, dünya yüksək gərginlik dövrünü yaşayır. Bununla belə, qorxuya boyun əyməkdənsə, dialoqu, çoxtərəfliliyi və qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq. Tarix bizə öyrədib ki, böyük böhranlar həm də əməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər. Buna görə də, eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçün müdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektiv məsuliyyətimizdir.

Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti