...

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 18%-ə yaxın böyüyüb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 14:05 (UTC +04:00)
Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 18%-ə yaxın böyüyüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,600 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 12 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 239 milyon manat 17,6% artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 1,588 miyard manat, ötən ilin avqustun 1-nə isə 1,362 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498 milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti