...

Bakının bu küçəsində piyadayönümlülük yaradılır

Cəmiyyət Materials 8 Sentyabr 2025 12:21 (UTC +04:00)
Bakının bu küçəsində piyadayönümlülük yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.

Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həmdə şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.

Həmçinin, İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti