...

Laçında traktor dərəyə aşdı - Ölən var

Hadisə Materials 8 Sentyabr 2025 13:49 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsi olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti