Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kredit portfeli 1,475 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 68,6 milyon manat və ya 4,4% az, ötən ilin eyni dövrü ilə nisbətdə isə 92,1 milyon manat 6,7% artıb.
Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 1,543 milyard manat, ötən ilin avqustun 1-nə isə 1,382 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498 milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard manatı isə ipoteka kreditləri təşkil edib.