...

Prezident İlham Əliyevin Çin səfəri ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə vəsilə olub - Lu Mey

Siyasət Materials 8 Sentyabr 2025 15:44 (UTC +04:00)
Prezident İlham Əliyevin Çin səfəri ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə vəsilə olub - Lu Mey
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Çin səfəri Çin və Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirmiş olub.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.

O, Prezident İlham Əliyevin Çinə səkkiz dəfə səfər etdiyini, müxtəlif formatlarda ÇXR lideri Si Cinpinlə 10 dəfədən çox görüşdüyünü xatırladıb.

“Sədr Si Cinpin Prezident İlham Əliyevi öz köhnə dostu adlandırıb. Məhz iki dövlətin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq yeni səviyyəyə yüksəlir və artıq tarixdəki ən yüksək nöqtəsinə çatıb.”, - deyə Lu Mey bildirib.

Onun sözlərinə görə, Çin tərəfi Azərbaycanla birlikdə ikitərəfli əməkdaşlığın müsbət dinamikasını dəstəkləməyə və qarşılıqlı fayda, eləcə də, ümumi firavanlıq naminə yeni üfüqlər açmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti