Bakı. Trend:
Kanadanın “WestJet” şirkətinə məxsus sərnişin təyyarəsi Karib dənizinin Sen-Marten adasına sərt eniş edib.
Trend xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Məlumata görə, avialayner Torontodan uçub. Hava gəmisinin göyərtəsində 164 sərnişin olub.
Adada yerləşən Şahzadə Yuliana adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildiriblər ki, insident nəticəsində zərər çəkən olmayıb. Bununla belə, 3 nəfəri hər ehtimala qarşı tibbi müayinəyə göndəriblər.
Sərt enişin səbəbi barədə hələlik məlumat verilmir. “WestJet” şirkəti hadisənin təfərrüatlarının öyrənilməsi üçün yerli hökumətlər əməkdaşlıq edir.