Bakı. Trend:
Belçikanın paytaxtı Brüsseldə şəhərdə silahlı insidentlərin müntəzəm hal alması ilə əlaqədar, xüsusilə də narkotacirlərə qarşı mübarizənin gücləndirilməsi fonunda küçələrdə hərbi patrul tətbiqinə başlanılıb.
Trend-in xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik və daxili işlər naziri Bernar Kventin bəyanat verib.
“Hərbçilər və polislərdən ibarət birgə patrul ilk növbədə Brüsselin mərkəzində tətbiq olunacaq. Həmin ərazilərdə narkotik trafiki daha yüksəkdir”, - deyə nazirliyin bəyanatında deyilir.
Onun bu bəyanatına ölkənin müdafiə naziri Teo Franken qüvvət verib.
“Bizim paytaxt Brüssel – təhlükəsizlik nöqteyi nəzərindən bir faciədir. Biz şəhər üzərində nəzarəti yenidən öz üzərimizə götürməliyik”, - deyə o "X" səhifəsində yazıb.
DİN narkotik və silah alverinin geniş yayıldığı şəhərin ən problemli məhəllələrində yeni videokameraların quraşdırılması üçün 20 milyon avro ayıracağını da vəd edib.