...

Kasper Yulmand "Bayer"in baş məşqçisi ola bilər

İdman Materials 8 Sentyabr 2025 07:47 (UTC +04:00)
Kasper Yulmand "Bayer"in baş məşqçisi ola bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

53 yaşlı danimarkalı mütəxəssis hazırda Leverkuzen təmsilçisində baş məşqçi postuna əsas namizəd hesab olunur.

Trend xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Məlumata görə, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər və Yulmandın təyinatı gələn həftə rəsmiləşə bilər. Gözlənilməz hal baş verməsə, o, "Bayer"in yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Yulmand ən çox Danimarka millisində (2020–2024) çalışdığı dövrdə tanınıb. Onun rəhbərliyi altında komanda Avro-2020-nin yarımfinalına yüksəlib. O, həmçinin iki dəfə “Nordsyelland” klubunu çalışdırıb və “Maynts”da da məşqçi olub.

Xatırladaq ki, daha əvvəl "Bayer"də baş məşqçi postuna Xavi, Raul, Ange Postecoglou və Tiago Motta kimi adlar da namizəd kimi göstərilirdi.

Xəbər lenti

Xəbər lenti