Bakı. Trend:
"Mən dəfələrlə “SportAccord”un tədbirində iştirak etmişəm. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olmasını bir daha təsdiq edəcək."
Trend xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakı Şəhər Halqası və “SportAccord” arasında rəsmi müqavilənin imzalanma mərasimində çıxışı zamanı deyib.
Ç.Hüseynzadə Azərbaycan Gənclər və İdman Nazirliyinə bu böyük tədbirin təşkilatçısı olduğu üçün öz təşəkkürünü bildirib.
“İnanıram ki, Azərbaycan bu böyük idman tədbirini də uğurla həyata keçirəcək”, - deyə o qeyd edib.