...

Balakən-Şəki zonasında yağıntılar intensiv olub - FAKTİKİ HAVA

Cəmiyyət Materials 8 Sentyabr 2025 09:28 (UTC +04:00)
Balakən-Şəki zonasında yağıntılar intensiv olub - FAKTİKİ HAVA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirlib ki, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.
Quba, Göygöl, Qrız, Şahdağ və Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti