...

Kamala Harrisin Los-Anceles polisi tərəfindən mühafizəsi dayandırılıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 10:29 (UTC +04:00)
Kamala Harrisin Los-Anceles polisi tərəfindən mühafizəsi dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İctimai narazılıqlardan sonra Los-Anceles polis idarəsinin əməkdaşları Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Kamala Harrisin mühafizəsini dayandırıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, yerli polis mühafizənin təmin olunmasını sentyabrın 6-dan etibarən dayandırıb.

Bundan əvvəl Amerika prezidenti Donald Trampın onun dövlət mühafizəsini ləğv etməsindən sonra Los-Angeles Times bundan sonra Harrisin mühafizəsinin azı 12 şəhər polis əməkdaşı tərəfindən təmin olunacağını yazmışdı.

Qəzet hakimiyyətin bu addımını kəskin tənqid atəşinə tutmuşdu. Digər yandan keçmiş vitse-prezidentin mühafizəsinə məxfi xidmət əvəzinə asayış keşikçilərinin cəlb olunması ictimai qınaq obyektinə çevrilib. Los-Anceles Polisinin Mühafizə Liqası polis əməkdaşlarının sıravi sakinləri qorumalı olduğu halda, onların seçkilərdə məğlub olmuş prezidentliyə namizədin mühafizəsinə cəlb olunması “cəfəngiyyat” kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ-da vitse-prezidentlər postlarını tərk etdikdən sonra onları adətən 6 ay ərzində Məxfi Xidmətin cangüdənləri mühafizə edir.

Tramp avqustun sonlarında Harrisin dövlət mühafizəsinin dayandırılması ilə bağlı sərəncam vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti