...

Yamal Türkiyədə pasportunu itirib

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 10:08 (UTC +04:00)
Yamal Türkiyədə pasportunu itirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Futbol üzrə milli komandasının oyunçusu Lamin Yamal 2026-dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçirdiyi səfər matçından sonra pasportunu itirib.

Trend xəbər verir ki, bu barədə jurnalist Emir Çetin öz “X” səhifəsində yazıb.

Matç Türkiyənin Konya şəhərində keçirilib və qonaqların böyük hesablı qələbəsi (6:0) başa çatıb. Mənbənin məlumatına əsasən, Yamal geyinib-soyunma otağında pasportunu nə qədər axtarsa da, sənədi tapa bilməyib və komandası ilə birgə vətəninə geri dönüb.

Qeyd edək ki, Yamalın 18 yaşı var və o, Kataloniyanın “Barselona” klubunun yetirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti