Xocalı. Trend:
Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərin açarları təqdim edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.
Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
xxx
12:56
Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, 15 ailə olmaqla 46 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.
Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.
XXX
11:49
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.
Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə isə cəmi 69 ailə 237 nəfər köçürülüb.