...

Azərbaycanın şəkər ixracından gəlirləri 1,5 dəfə artıb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 11:38 (UTC +04:00)
Azərbaycanın şəkər ixracından gəlirləri 1,5 dəfə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 43 min ton şəkər ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərin ixracına 30,6 milyon ABŞ dolları vəsait xərclənib.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 17,2 min ton və ya 1,7 dəfə, dəyər ifadəsi ilə isə 10,9 milyon ABŞ dolları, yaxud da 1,5 dəfə artıb.

Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,20%, qeyri-neft sektoru üzrə ixracında isə 1,46% paya sahib olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 204,2 min ton şəkər istehsal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 42 min ton və yaxud 25,9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti