Bakı. Trend:
Yeni gömrük rüsumlarının tətbiqindən sonra dünyanın müxtəlif ölkələrindən 88 poçt operatoru ABŞ-yə poçt göndərişlərini dayandırıb və ya məhdudlaşdırıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Poçt İttifaqı (UPU) məlumat yayıb.
Bildirilir ki, nəticədə ABŞ ilə poçt mübadiləsi 81 faiz azalıb. Daşımaları azaldan operatorlar arasında Deutsche Post (Almaniya) və Royal Mail (Birləşmiş Krallıq) kimi qlobal poçt şirkətləri də yer alır.
Qeyd edək ki, əvvəllər ABŞ-yə 800 dollara qədər şəxsi poçt göndərişləri vergidən azad idi. İndi bu hədd 100 dollara endirilib.