...

Bu il Azərbaycanda 36,2 min şəxsə əlillik təyin olunub

Cəmiyyət Materials 8 Sentyabr 2025 10:54 (UTC +04:00)
Bu il Azərbaycanda 36,2 min şəxsə əlillik təyin olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti