Bakı. Trend:
Fransanın cənub-şərqindəki Marinyane şəhərində bir sərnişin Tunisə uçuşdan əvvəl huşunu itirib və həkimlər onun mədəsində kokain aşkarlayıblar.
Trend xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə sentyabrın 1-dən 2-nə keçən gecə hava limanı yaxınlığındakı avtobus dayanacağında baş verib. Təcili yardım həkimləri sərnişini reanimasiya edərək xəstəxanaya çatdırıblar.
Kompüter tomoqrafiyası zamanı onun mədəsində onlarla kapsul müəyyən olunub. Araşdırmalar göstərib ki, sərnişin ümumilikdə 220 qram narkotik vasitə daşımışdır.