Bakı. Trend:
Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların sığınacaq tələblərinə baxılması müddətində onların yerləşdirilməsi üçün keçmiş hərbi bazalardan istifadə etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti xəbər verib.
Məlumata əsasən, yaxın həftələrdə rəsmən açıqlanmalı olan bu planların həyata keçirilməsi Daxili İşlər Nazirliyinin yeni rəisi Şabanə Mahmuda həvalə olunub. O, sentyabrın 5-də baş nazir Keir Starmer tərəfindən həyata keçirilən kabinet dəyişikliyindən sonra bu vəzifəyə təyin olunub.
Məqalədə qeyd olunub ki, qeyri-qanuni miqrantların keçmiş hərbi bazalarda yerləşdirilməsinin əsas məqsədi qeyri-qanuni miqrantların otellərdə saxlanması xərclərini azaltmaqdır ki, bu da son həftələrdə ictimai narazılığın artmasına səbəb olur.