...

İstanbulun bir sıra rayonlarında mitinqlərin keçirilməsi qadağan edilib

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 21:08 (UTC +04:00)
İstanbulun bir sıra rayonlarında mitinqlərin keçirilməsi qadağan edilib

Bakı. Trend:

Türkiyənin İstanbul vilayətinin bir sıra rayonlarında mitinqlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bu barədə İstanbul valiliyinin məlumatında bildirilib.

Məlumata əsasən, sentyabrın 10-dək Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür mitinq, mətbuat açıqlaması, yürüşlər qadağan edilib.

Bildirilib ki, qadağa sentyabrın 7-dən saat 20:00-dan sentyabrın 10-u saat 23.59-a qədər qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti