Bakı. Trend:
"Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-nin Havay ştatında fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər verib.
Ştatın qubernator vəzifəsini icra edən Silviya Lyuk sentaybrın 8-də güclü külək, leysan yağış və dalğaların yüksələcəyini bildirib..
Qeyd olunub ki, sentyabrın 6-da Sakit okean üzərindən hərəkət edən "Kiko" 3-cü kateqoriyaya qədər zəifləyib. Şimal-qərb istiqamətində hərəkətini davam etdirərək qasırğanın növbəti iki gün ərzində zəifləməsinin davam edəcəyi gözlənilir.