...

Azərbaycanın cüdo millisi Avropa çempionatını üç medalla başa vurub

İdman Materials 7 Sentyabr 2025 19:48 (UTC +04:00)
Azərbaycanın cüdo millisi Avropa çempionatını üç medalla başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatı yekunlaşıb.

Trend-in məlumatına görə, Azərbaycan komandası fərdi mübarizədə 3 medal qazanıb.

Belə ki, ilk gündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medala sahib olub.

Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edib və beşinci olub.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçirilən qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti