...

PSJ-nin müdafiəçisi Qətər klubuna transfer olunub

Maraqlı Materials 7 Sentyabr 2025 23:21 (UTC +04:00)
PSJ-nin müdafiəçisi Qətər klubuna transfer olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Paris Sen-Jermen”in 30 yaşlı mərkəz müdafiəçisi Prensel Kimpembe Qətərdə karyerasını davam etdirəcək.

Trend xəbər verir ki, ba barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.

Kimpembe 2005-ci ildən PSJ akademiyasının yetirməsidir. O, əsas komandada çıxdığı 241 rəsmi oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisinin sabiq üzvü Paris klubunda uzun illər əsas müdafiəçilərdən biri olub.

Xəbər lenti

Xəbər lenti