Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, zəlzələ Sındırğı rayonunda qeydə alınıb. Yeraltı təkanların ocağı 7,72 km dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.