...

Səmərqənddə FIDE Grand Swiss turnirində Ülviyyə Fətəliyeva liderlər qrupuna yüksəlib

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 03:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Səmərqənd şəhərində keçirilən qadınların FIDE Grand Swiss turnirinin 4-cü turunda Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva ukraynalı Mariya Muziçuku məğlub edib.

Trend xəbər verir ki, bu qələbə ilə Fətəliyeva 4 turdan sonra 3 xal toplayaraq liderlər qrupuna daxil olub. 5-ci turda o, qara fiqurlarla Aleksandra Kostenyuk ilə qarşılaşacaq.

Digər azərbaycanlı şahmatçıların nəticələri belə olub:

Xanım Balacayeva – Harika Dronavalli ilə heç-heçə edib, 2,5 xalla 12-ci pillədə.

Gövhər Beydullayeva – Lela Cavanşvili ilə heç-heçə edib, 1,5 xalla 42-ci yerdə.

Açıq turnirdə isə azərbaycanlı şahmatçılar 4-cü turu üç heç-heçə və bir məğlubiyyətlə başa vurublar:

Şəhriyar Məmmədyarov – Anton Demçenko ilə heç-heçə, 2,5 xalla 29-cu yer.

Aydın Süleymanlı – Andrey Yesipenko ilə yarım xal qazanıb, 2,5 xalla 20-ci yer.

Rauf Məmmədov – Maksim Lagardla heç-heçə, 2 xalla 70-ci yer.

Məhəmməd Muradlı – Lu Şanleyə məğlub olub, 1 xalla 111-ci yer.

Xəbər lenti

Xəbər lenti