...

Qüdsdəki hücumda ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 14:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qüdsdə içində İsrail vətəndaşlarının olduğu avtobusa edilən silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” yerli tibbi rəsmilərə istinadən xəbər verir.

xxx

12:50

Qüdsün girişindəki Ramot yolayırıcında törədilmiş terror hücumu nəticəsində yaralanan sərnişinlərdən 5-i həyatını itirib.

Bu barədə Trend “Tımes of İsraelə” istinadən xəbər verir.

Qurbanlardan dördü təcili tibbi yardımın göstərilməsi zamanı həyatını itirib, beşinci qurban isə bir müddət əvvəl xəstəxanada keçinib.

Hazırda zərərçəkənlərdən 7-nin ağır vəziyyətdə olduğu deyilir.

Hücumu həyata keçirmiş terrorçuların İordan Çayının Qərb sahilinin sakinləri olduğu xəbər verilir.

İsrail baş naziri Binyamin Netanyahu vəziyyətin qiymətləndirilməsi üçün təhlükəsizlik rəsmiləri ilə iclas keçirir.

xxx

11:53

Qüds şəhərində atışma olub.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Məlumata əsasən, kimliyi açıqlanmaya iki şəxs odlu silahlardan atəş açaraq 15 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan azı 6-nın vəziyyətinin ağır olduğu deyilir.

İlkin məlumata əsasən, hücumu həyata keçirən şəxslər hadisə yerində zərərsizləşdirilib.

İsrail tərəfi Qüdsün girişində yerləşən Ramot yol-ayırıcında baş vermiş bu atışmanı terror hücumu kimi dəyərləndirib.

Bu arada 12-ci kanalın (İsrail) məlumatına əsasən, terrorçular yoldakı avtobuslardan birinə daxil olaraq sərnişinləri atəşə tutmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti