...

Azərbaycan və İranda mədəniyyət günlərinin keçirilməsi haqda fikir mübadiləsi aparılıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 12:19 (UTC +04:00)
Azərbaycan və İranda mədəniyyət günlərinin keçirilməsi haqda fikir mübadiləsi aparılıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi müzakirə olunub.

Bu barədə Trend Azərbaycanın İrandakı səfirilyinə istinadən məlumat verib.

Məlumata görə, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.

Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti