Bakı. Trend:
Türkiyənin İzmir şəhərində Salih İşgören adına Polis Mərkəzinə silahlı hücum olub.
Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, kimliyi məlum olmayan şəxs odlu silahla mərkəzə atəş açıb. Hadisə barədə məlumat daxil olduqdan sonra polis mərkəzinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisə nəticəsində 2 polis əməkdaşının şəhid olduğu, 6 nəfərin yaralandığı bildirilir. Məlumata görə, yaralı polislərdən birinin vəziyyəti ağırdır.
Bu arada, "Haber7" hücumu həyata keçirən şəxsin 16 yaşlı bir yeniyetmə olduğunu yazır. Sosial şəbəkələrdə onun müşahidə kamerasına düşmüş təsviri yayılıb. Polis hücumu həyata keçirən şəxsi saxlayıb və üzərində çox sayda mərmi aşkarlayıb. Ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir.