Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Trampa sui-qəsd cəhdinə görə həbs olunmuş Rayan Rut bu gün hakim qarşısına çıxarılıb.
Trend xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Hakim R.Rutun məhkəmə prosesinin azı 4 həftə çəkəcəyini hesab edir. Andlı münsiflərin seçilməsi 3 gün çəkəcək. Vəkillər 60 potensial münsifdən ibarət 3 qrupu sorğu-sual edəcək. Sonda 12 münsif seçiləcək, daha 4-ü ehtiyat olaraq dəvət olunacaq.
Prosesdə tərəflərin ilkin çıxışlarının sentyabrın 11-də başlayacağı qeyd olunur.
Xatırladaq ki, ötən il sentyabrın 15-də Rut Uest-Palm-Biç adlı ərazidə Donald Trampın olduğu qolf klubun ərazisində üzərində AK-47 avtomatı ilə saxlanılıb. Məxfi xidmətin cangüdənləri aşkarlayana qədər, o hazırkı Ağ Ev rəhbərinə 100 metrə qədər yaxınlaşıb. Aşkarlandığını anladıqdan sonra Rut qaçmağa çalışıb və çox keçmədən saxlanılıb.