...

Dövlət büdcəsində Neft Fondu transfertlərindən olan fiskal asılılıq artıb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 17:25 (UTC +04:00)
Dövlət büdcəsində Neft Fondu transfertlərindən olan fiskal asılılıq artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 19803,8 mln. manat təşkil edib ki, bu da proqnozlaşdırılmış göstəricidən 3,7%, əvvəlki ilin analoji göstəricisindən isə 5,1% çoxdur. 2025-ci ilin birinci yarımilliyində bütün aylar üzrə dövlət büdcəsi gəlirlərinin icrası proqnozdan artıq olub.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata xülasə"nə istinadən xəbər verir.

Hesabat dövründə dövlət büdcəsi gəlirlərinin 10,277 milyard manatı və ya 51,9%-i qeyri neft-qaz sektorunun payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz bəndi azdır.

"Hesabat dövründə neft-qaz sektoru üzrə vergi gəlirləri 2,286 milyard manat olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 121,1 milyon manat azdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə Dövlət Neft Fondunun (DNF) transferti 850,0 milyon manat artıb ki, bu da neft-qaz gəlirlərində 728,8 milyon manat artıma səbəb olub. Bu dinamika dövlət büdcəsində DNF transfertlərindən olan fiskal asılılığın artması kimi qiymətləndirilə bilər", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti