...

Milli komandanın heyətinə 2 futbolçu cəlb edilib

İdman Materials 8 Sentyabr 2025 17:15 (UTC +04:00)
Milli komandanın heyətinə 2 futbolçu cəlb edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

AFFA-dan Trend-ə verilən məlumata görə, Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.

Bildirilib ki, onların əvəzinə yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti