Bakı. Trend:
Türkiyəyə istirahətə yollanan yüzlərlə rusiyalı turist texniki pozuntu ilə əlaqədar Qazaxıstanda çıxılmaz vəziyyətdə qalıb.
Trend xəbər verir ki, bu barədə E1 nəşri yazır.
Məlumata əsasən, insident Yekaterinburq-Antalya istiqamətində olan ZF-839 hava reysində baş verib. Göyərtəsində 339 rusiyalı sərnişin olan təyyarə Qazaxıstanın Atıraudaku ehtiyat aerodromuna təcili eniş etməli olub. Marşrutun dəyişməsinə səbəb meydana gələn texniki pozuntular olub.
Hazırda yüzlərlə rusiyalı sərnişin Atıra hava limanının binasında gözləməyə məcbur qalıb. Limanda, adətən, bu qədər izdiham olmadığından sərnişinlər üçün gözləmə zalına əlavə oturacaqlar gətirilib.