...

İrəvan Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında yaxın günlərdə görüşün keçiriləcəyini elan edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 15:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin sədr müavini, ölkənin Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ölkələr arasında münasibələrin normalaşması məqsədilə yaxın günlərdə Türkiyədən olan nümayəndə heyəti ilə görüşün planlaşdırıldığını bildirib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

“Türkiyə tərəfi ilə görüş yaxın günlərdə Ermənistanda keçiriləcək. Gündəmə Ermənistan-Türkiyə münasibətləri ilə bağlı məsələlər, keçirilən tədbirlər və gələcəkdə atılması zəruri olan addımlar daxil ediləcək.

Ani şəhərindəki tarixi körpünün və Gümrü-Qars dəmir yolunun bərpası, eləcə də, münasibətlərin ümumilikdə normallaşdırılması ilə bağlı imkanlar mövcuddur”, - deyə o, brifinqdə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti