...

İsrail səfiri Azərbaycanda yəhudi icmasının ənənələrinə göstərilən diqqətə görə məmnunluğunu ifadə edib

Siyasət Materials 8 Sentyabr 2025 14:53 (UTC +04:00)
İsrail səfiri Azərbaycanda yəhudi icmasının ənənələrinə göstərilən diqqətə görə məmnunluğunu ifadə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 8-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan ilə İsrail arasında mövcud dostluq münasibətlərinin önəminə toxunulub, xüsusilə dini və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Komitə sədri İsrailin yeni səfirini ölkəmizdəki diplomatik fəaliyyəti münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərə və dini dözümlülüyə əsaslanan siyasət həyata keçirildiyini bildirib. Müxtəlif dinlərə mənsub icmaların sülh və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Ronen Krausz ölkəmizdə yəhudi icmasının ənənələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

O, Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib və bu sahədə təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti