...

Yaxın günlərdə Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq - TƏBİB

Cəmiyyət Materials 8 Sentyabr 2025 16:58 (UTC +04:00)
Yaxın günlərdə Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq - TƏBİB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

Yaxın günlərdə Yeni Klinikanın nəzdində ən müasir texnologiyalarla təchiz edilmiş Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, pasiyentlərin sağlamlığını daim prioritet olaraq müəyyənləşdirən TƏBİB, fizioterapiya və reabilitasiya sahəsində də mühüm yeniliklərə imza atmaqdadır.

"Mərkəz fizioterapiya və reabilitasiya xidmətlərinin keyfiyyətini daha da yüksəldərək pasiyentlərə ən son tibbi nailiyyətlərə əsaslanan müalicə imkanları təqdim edəcək. Eyni zamanda Mərkəz bölgələrdə bu sahənin inkişafını dəstəkləmək məqsədilə mütəxəssis hazırlığı və təlim proqramları da həyata keçirəcək.

Bir sözlə, ölkəmizdə reabilitasiya xidmətlərinin daha effektiv, sürətli və əlçatan şəkildə təşkili istiqamətində atılan bu mühüm addım sayəsində vətəndaşlarımız dünyanın ən qabaqcıl tibbi imkanlarından faydalanmaq imkanı əldə edəcəklə",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti