...

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Kaxa Kaladze

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 18:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müxalifətin “hökuməti yerli seçkilərdə çoxlu sürprizlər gözləyir” kimi bəyanatları Gürcüstanda sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Trend xəbər verir k, bu sözləri Tbilisi meri Kaxa Kaladze ölkənin əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat partiyasının üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən söyləyib.

O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib.

“Hamı bilməlidir ki, bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt cavab veriləcək”, - deyə Kaladze vurğulayıb.

Onun sözlərinə görə, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcək.

Xəbər lenti

Xəbər lenti