...

Qəzzada atəşkəs təklifi qəbul olunub - İsrail XİN

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 19:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Qəzzada ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs təklifini qəbul edib.

Trend "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Budapeştdə macar həmkarı ilə keçirdiyi mətbuat konfransında çıxış edən Saar qeyd edib ki, İsrail girovların azad edilməsi və Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi ilə müharibəni dayandırmaq üçün tamhüquqlu razılaşmanı qəbul etməyə hazırdır.

Məlumata görə, İsrailin HƏMAS-la sövdələşməyə dair yeni mövqeyi Baş nazir Benyamin Netanyahunun daha əvvəl təkid etdiyi prinsiplərdən kənara çıxır.

Nəşr xüsusilə İsrail və ərəb mənbələrinə istinadən xəbər verir ki, indiki təklifdə İsrailin ilk olaraq altı aylıq müharibəyə son qoymaq prosesinin başladığını elan etməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti