Bakı. Trend:
Finlandiya hökuməti Ukraynaya növbəti – sayca 30-cu hərbi yardım paketinə hazırlıq işləri ilə məşğuldur.
Trend xəbər verir ki, bunu respublikanın baş naziri Petteri Orpo Avropa Şurasının rəhbəri Antoniu Koşta ilə Helsinkidə birgə mətbuat konfransında söyləyib.
“Biz buna qədər Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq. Hazırda biz daha birini hazırlamaqdayıq”, -deyə o qeyd edib.
Qeyd edək ki, Finlandiya 2022-ci ildən bəri Kiyevə ümumilikdə təxminən 3,3 milyard avro məbləğində silah-sursat və hərbi avadanlıq göndərib.