...

Husilər İsraildəki iki aeroporta zərbələr endiriblər

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 20:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəməndəki qiyamçı "Ənsar Allah" hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatlarından istifadə edərək İsraildəki hədəflərə zərbələr endiriblər.

Trend xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalının efirində deyib.

Onun sözlərinə görə, hədəflər arasında Təl-Əvivdəki Ben-Qurion və Eylatdakı Ramon aeroportları, həmçinin Dimondakı mühüm obyekt olub.

Nümayəndə qeyd edib ki, pilotsuz aviasiya bölməsə ardıcıl iki gündür İsrailə qarşı hərbi əməliyyat keçirir.

Xəbər lenti

Xəbər lenti