...

Nepalda etirazlar zamanı 16 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 23:52 (UTC +04:00)

Bakı. Trend:

Nepalın paytaxtı Katmanduda polisin gənc etirazçılara atəş açması nəticəsində azı 16 nəfər həlak olub, 90 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "BBC" telekanalı bildirib.

Məlumata əsasən, polis minlərlə gənc parlament binasına doğru hərəkət edərkən atəş açıb. Etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan da istifadə edilib.

Etirazlara korrupsiya, feysbuk və yutub sosial platformalarından istifadəni qadağan edən yeni qanun layihəsi səbəb olub. Nümayişçilər ölkədə korrupsiyaya son qoymağa çağıran pankartlar qaldırıblar. Nepal hökuməti bildirib ki, “saxta xəbərlər” və nifrət təbliğatının yayılması ilə mübarizə aparmaq üçün sosial medianın tənzimlənməsi lazımdır.

Hazırda milyonlarla nepallı məlumat almaq üçün instaqram sosial şəbəkəsindən istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti