...

Husilər İsrailin Ben Qurion və Ramon hava limanlarına hücum ediblər

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 22:58 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin yaratdığı qüvvələr İsraildəki hədəflərə, o cümlədən Tel-Əvivdəki Ben Qurion hava limanına və Eylat yaxınlığındakı Ramon hava limanına pilotsuz uçuş aparatlarla zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya deyib.

Y.Sariya bildirib ki, hərbi əməliyyat İsrailin Dimona şəhərində yerləşən vacib obyektinə də zərbələr endirilib.

Onun sözlərinə görə, əməliyyat “məqsədlərinə uğurla çatıb”.

Saria Negev səhrasında yerləşən və nüvə tədqiqat mərkəzinin yerləşdiyi Dimona şəhərində hansı obyektə hücum edildiyini dəqiqləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti